Sabah - Trabzonspor | FIBA Basketbol Çempionlar Liqası
10 noyabr 2026 · Milli Gimnastika Arenası · Unified Azerbajan
Noyabrın 10-da Bakıda keçiriləcək FIBA Basketbol Çempionlar Liqasının “Sabah” – “Trabzonspor” qarşılaşmasında könüllü olaraq bu möhtəşəm idman atmosferinin bir parçasına çevril! Milli Gimnastika Arenasında baş tutacaq beynəlxalq basketbol qarşılaşmasının təşkilati işlərinə dəstək olmaq, azarkeşlərin qarşılanmasında iştirak etmək və idman tədbirinin həyəcanını yaxından yaşamaq istəyən gəncləri komandamıza qoşulmağa dəvət edirik! Könüllüləri nələr gözləyir: Beynəlxalq idman tədbirində iştirak təcrübəsi; Komanda ilə işləmək və yeni dostlar qazanmaq imkanı; Təşkilati proseslərdə yaxından iştirak; Unudulmaz atmosfer və maraqlı anlar; Könüllülər üçün təmin edilir: Yemək təminatı. Sertifikat 📅 Tədbir haqqında: Tarix: 10 noyabr 2026 Saat: 20:00 Məkan: Milli Gimnastika Arenası